Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan sammitdən maraqlı görüntülər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, Tacikistan lideri Emomali Rahmonun ABŞ prezidenti Donald Trampla görüşünü əks etdiən kadrlar böyük marağa səbəb olub. Belə ki, enerjili əl sıxması ilə tanınan Trampı bu dəfə tacik lideri çətin durumda qoyub. Trampın əlini möhkəm sıxaraq özünə tərəf çəkən Emomali Trampa çətin anlar yaşadıb.