Əlbəyaxa dava edən aşıqlar barışdı

elbeyaxa-dava-eden-asiqlar-barisdi
Oxunma sayı: 2507

Bir müddət bundan əvvəl ATV-də yayımlanan “10-dan sonra” proqramında əlbəyaxa dava edən Aşıq Namiq Fərhadoğlu ilə Aşıq Fəzail Miskinli barışıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Aşıq Namiq məlumat yayıb.  O, instaqram səhifəsində Fəzaillə videosunu paylaşaraq məsələnin həll olunduğunu qeyd edib. Görüntülərdə hər iki aşıq bir-birindən üzr istəyiblər.