Elçibəy və Pişəvəri ziyarət olundu

elcibey-ve-piseveri-ziyaret-olundu
Oxunma sayı: 643

Xəbərdə bildirilir ki, ziyarətdə Bütöv Azərbaycan Gənclər Təskilatı ilə yanaşı Klassik Xalq Cəhbəsinin Gənclər təşkilatının nümayəndəsi Ceyhun Alp Ər Tunqa, bayraqdar Elman Türkoğlu, BAGT-nın Mingeçevir, Gəncə, Oğuz şöbəsi, Qadın Haqları Mərkəzinin sədri Xəyalə Nəsirli, Güneyldən olan soydaşlarımız və Türkiyədən qatılan gənclər iştirak edib.

Tədbiri Xəyalə Nəsirli açaraq Seyid Cəfər Pişəvəri haqqında məlumat verib. Sonra Ruslan İzzətli öz çıxışında Pişəvəri haqqında danışıb: ” Seyid Cəfər Pişəvəri Güney Azərbaycan Demokratik Firqəsinin rəhbəri və qurucusudur. Bu dövlət qısa yaşasa da, həmin tarixi dövrdə həm siyasi həm də, mədəni islahatlar aparılıb. Pişəvəri hakimiyyəti dövründə Təbriz Universitetinin əsasi qoyulub. Əfsuslar olsun ki, şah rejimi bu dövlətinin yaşamasına imkan vermədi".

Sonra söz Bütov Azərbaycan Gənclər Təşkilatının Güneyli üzvü Əmir bəyə verilib. O,Güney Azərbaycanda olan son durumdan, Pişəvəri hərakatından danışıb.

Güneyli soydaşımızdan sonra Klassik Xalq Cəhbəsinin Gənclər təşkilatının üzvü Ceyhun Alp Ər Tunqaya verildi. O da Güney və Quzeyin birləşmə yolunda mübarizə aparması haqında məlumat verdi.

Ziyarət milli azadlıq hərakatının lideri Əbülfəz Elçibəyin məzarınnı ziyarəti ilə başa çatıb.

musavat.com