Elçibəyin məzarı önündə aksiya olacaq

elcibeyin-mezari-onunde-aksiya-olacaq
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə saat 16.00-da baş tutacaq aksiyada ziyalılar, gənclər və Urmiya gölünün qurudulmasına etiraz edənlərin iştirak edəcəyi gözlənilir. Aksiya barədə birliyin rəhbəri Aqil Səmədbəyli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, gölün qurudulması siyasi məqsədlər daşıyır: “Göl qurudulacağı təqdirdə onun ətrafında məskunlaşmış təxminən 13 milyon türk köçməli olacaq. Həmçinin ətrafa yayılacaq təxminən 10 milyard ton duz oranı yaşanmaz hala salacaq”. Buna etiraz olaraq bu aksiyanı təşkil etdiklərini deyən Aqil Səmədbəyli vurğulayıb ki, Şimali Azərbaycanın azadlıq hərəkatı Topxana meşəsinin qırılmasına etiraz olaraq başladı, ona görə də ümid edirəm ki, Urmiya gölü də Güney Azərbaycanın azadlıq hərəkatının başlanğıcı olar.

Fatimə Kərimli