Elçibəyin yubileyi ilə bağlı Təşəbbüs Qrupu yaradıldı

Elçibəyin yubileyi ilə bağlı Təşəbbüs Qrupu yaradıldı
Oxunma sayı: 1408

Xalq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin anadan olmasının 80 illiyini qeyd edilməsi ilə bağlı siyasi partiyalara, qeyri-hökümət təşkilatlarına, ictimai qurumlarına, kütləvi informasiya vasitələrinə, aydınlara və ictimai-siyasi fəallara müraciət edilib.

"Qafqazinfo”ya daxil olan müraciətdə bildirilir ki, yubileyin qeyd edilməsi məqsədilə də Təşəbbüs Qrupu yaradılıb. 

Qrupun üzvləri adından yayılan məlumatda qeyd olunub ki,  son onilliklərdə siyasi baxımdan qütbləşmiş cəmiyyətimizdə bütün toplumun eyni tədbiri iqtidarlı-müxalifətli birgə gerçəkləşdirməsi milli arzularımızdan biri olaraq qalır:

"Əbülfəz bəy siyasi baxımdan ayrı-seçkilik etmədən bütün yurddaşların millətin bir zərrəsi kimi dəyərləndirərək məhəbbətlə yanaşır, bəzən hətta şəxsi nüfuzunun zədələnəcəyini göz önünə alaraq ən barışmaz tərəfləri bir araya gətirməyə çalışır və çox vaxt buna nail olurdu. Əminik ki, Əbülfəz Elçibəyin yubileyini də bir çox qüvvələr qeyd etməyə çalışacaq. 

Biz , Təşəbbüs Qrupu olaraq iqtidar-müxalifətliyinə baxmadan Vətənimizin bütün siyasi-ictimai qurumlarına, ziyalılara, KİV-lərə və başqa Elçibəysevər qüvvələrə üz tutaraq hamını yubileyi keçirəcək vahid Təşkilat Komitəsi yaratmağa və onun işində yaxından iştiraka dəvət edirik".

Qeyd edək ki, Təşəbbüs Qrupunun üzvlüyünə aşağıdakı şəxslər daxildir.

(Ədalət Tahirzadə, Mircəlal Yüsifli, Abbas Musayev, Novella Cəfəroğlu, Mehriban Vəzir, Almaz Əliqızı, Oqtay Məmmədov İsfəndiyar İsgəndərov) 

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi