Elçin Hüseynbəyli cəlilabadlı oxucularla görüşdü

elcin-huseynbeyli-celilabadli-oxucularla-gorusdu
Oxunma sayı: 643

“Qafqazinfo”nun “Bölgələrdə imza günü” layihəsi çərçivəsində keçirilən tədbirdə rayon ziyalıları və ədəbiyyat sevərlər iştirak edib. Mərasim rayon İH-nin təşkilatçılığı ilə rayon Mədəniyyət evində keçirilib.

Tədbirin aparıcısı, “Yeni gün” qəzetinin redaktoru, yazıçı Böyükxan Bağırlı həmkarının həyat və yaradıcılıq yolu barədə toplaşanlara məlumat verib. E.Hüseynbəylini çağdaş dövrün istedadlı yazarlarından biri kimi tanıdığını deyən B. Bağırlı imza müəllifinin ölkədən kənarda da tanındığını deyib.

Şair Faiq Balabəyli yazıçının əsərlərinə qısa ekskurs edib və onu çağdaş dövrün cəsarətli və maraqlı yazıçısı kimi dəyərləndirib.

Tədbirdə şair Ədalət Salman, Əlirza Həsrət, yazıçı Meyxoş Abdulla və başqaları da çıxış edib, imza gününün cəlilabad oxujuları üçün çox əhəmiyyətlə olduğunu deyiblər.

Elçin Hüseynbəyli öz çıxışında bildirib ki, layihənin məqsədi bölgələrdə kitablara diqqəti cəlb etmək, ədəbiyyatın şöhrətini özünə qaytarmaqdır. O, rayonda kitab evinin olmamasını təəssüf hissilə qeyd edib və inandığını bildirib ki, rayon rəhbərliyi bu problemin həllinə çalışacaq.

Sonda yazıçı oxucular üçün “Yolayrıcında qaçış” romanını imzalayıb.