Elçin Hüseynbəyli Heydər Əliyev liseyində

elcin-huseynbeyli-heyder-eliyev-liseyinde
Oxunma sayı: 1333

“Qafqazinfo”nun məlumatına görə, liseyin 5-ji sinif şagirdlərinin və lisey rəhbərliyinin iştirak etdiyi tədbirdə yazıçının «Ədəbiyyat» dərsliyində yer almış «Firuzə qaşlı xənjər» hekayəsi əsas müzakirə mövzusu olub.
Hekayə Xojalı qətliamından bəhs edir. Əsərdə Zeynəb adlı bir gəlinin körpə balasını erməni qəsbkarlarından qoruması, qarlı meşələrdən keçərək öz yaxınlarına qovuşması təsvir olunur.

Liseyin direktoru Fikrət Xəlilov, direktor müavini İradə Əsgərova, dil-ədəbiyyat müəllimi Gülarə Həmidova, Xojalı qaçqını və dil-ədəbiyyat müəllimi Zülfüqar Qəribov çıxış edərək sözügedən hekayədən və yazıçının yaradıjılığından söhbət açıblar. Onlar əsərin rəvan təhkiyə üstündə qurulduğunu, zəngin ədəbi dilə malik olduğunu və Xojalı fajiəsini tam gerçəkliyilə əks etdirdiyini deyiblər.

E.Hüseynbəyli ilə şagirdlər arasında gedən dialoqda yazıçının həyat və yaradıjılığı hərtərəfli işıqlandırılıb.

Söhbətin əsasını yazıçının uşaqlıq illəri, Qarabağ mövzusu təşkil edib.
Yazıçı bildirib ki, Qarabağ onun ən həssas və ağrılı yeridir, ona görə də bu mövzuya tez-tez mürajiət edir.

Sonda yazıçı şagirdlərlə xatirə şəkli çəkdirib.