Elçin Hüseynbəylinin yeni romanı çapdan çıxdı

elcin-huseynbeylinin-yeni-romani-capdan-cixdi
Oxunma sayı: 640

“Qanun” nəşriyyatında kitabın iki min nüsxəsi çıxıb. Roman kəskin süjeti, dinamik təhkiyəsilə fərqlənir.

“Çaşmış insanlar haqqında çaşqın bir roman” kimi dəyərləndirilən əsərdə qloballaşan dünyanın adamlar üçün yaratdığı problemlər və onun fəsadları qabardılıb. Romanda əkiz bacılar – Fatimə və Züleyxanın timsalında şərq-qərb ziddiyyəti, şərq-qərb əxlaqının qarşıdurması öz əksini tapıb.

Elçin Hüseynbəyli bu romanla yeni bir layihəyə də imza atmaq istəyir. O, “Bölgələrdə imza günü” keçirəcək.