Elçin Namazovun Hüquqlarını Müdafiə Komitəsi yaradıldı

elcin-namazovun-huquqlarini-mudafie-komitesi-yaradildi
Oxunma sayı: 654

Bu barədə məlumat verən Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimli bildirib ki, dünən yaradılan komitənin ilk iclası keçirilib: «İclasda bir sıra tanınmış vəkillər, hüquqşünaslar, həmçinin, insan hüquqları müdafiə təşkilatlarının rəhbərləri qatılıb. Qərara alındı ki, yaradılan komitə istər Elçin Namazov, istərsə də təzyiqlərə məruz qalan digər vəkillərlə bağlı fəal kampaniyaya başlasın. Azərbaycanda vəkillik institutunun sıradan çıxarılması prosesi gedir. Artıq beynəlxalq ictimaiyyətin bu təhlükəli prosesdən xəbəri var. Komitə gələn həftə iclasını keçirib, qarşıdakı fəaliyyət planını təsdiqləyəcək. Fəaliyyət Planında etiraz aksiyaları və digər addımların atılması nəzərdə tutulub».
Qeyd edək ki, Elçin Namazovun Hüquqlarını Müdafiə Komitəsinə vəkillərdən Vidadi Mirkamal, Qurban Məmmədov, Osman Kazımov, Əlayif Həsənov, Mənsum Bayramov, Aslan İsmayılov, Adil İsmayılov, Yalçın İmanov, Bəhruz Kərimli, İntiqam Əliyev, İradə Cavadova, Müzəffər Baxışov, hüquq müdafiəçilərindən Pərviz Həşimli, Anar Məmmədli, Səidə Qocamanlı, Novella Cəfəroğlu, Leyla Yunus, Səadət Bənəniyarlı, Emin Hüseynov, millət vəkillərindən isə İqbal Ağazadə daxildir.

P. Həşimlinin sözlərinə görə, komitəyə qarşıdakı günlərdə tanınmış hüquqşünaslar və ictimai xadimlərin qoşulacağı da gözlənilir.