Elçin təqdimat etdi - Fotolar

elcin-teqdimat-etdi-fotolar
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, gözlənilən vaxtdan təxminən 1 saat gec başlayan təqdimat “Bakı Caz Mərkəzi”ndə baş tutub. Şou-biznes nümayəndələrinin qatıldığı təqdimat mərasimində Elçin Cəfərov canlı ifalar da edib. Şou əhlinin çox bəyəndiyi, sözləri Azər Şirinə, musiqisi isə Tərlan Məmmədhüseynov və Elçin Cəfərova aid olan “Yadına sal” adlı mahnının klipi də qonaqlar tərəfindən müsbət qarşılanıb.

Gecədə xalq artisti Faiq Ağayev, müğənnilərdən Elçin Hüseynov, Zamiq, Yaşar, Natavan Həbibi, Ramal, teleaparıcı və aktyor İlkin Həsəni dünya çempionumuz Eduar Məmmədov və digər tanınmış simalar da iştirak ediblər.

Aynur Babayeva