Elçin Zeynalov əməliyyat olundu - Foto

elcin-zeynalov-emeliyyat-olundu
Oxunma sayı: 3267

Azərbaycanın əməkdar məşqçisi, London Yay Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərovun şəxsi məşqçisi, “Şöhrət” ordenli Elçin Zeynalov əməliyyat olunub. 

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudov Feysbuk hesabında məlumat verib.

“Çox şükür ki, hər şey qaydasındadır və Elçin müəllim tezliklə ayağa qalxacaq. Uca Allahdan Elçin müəllimə şəfa diləyir və işinin başına dönməsini arzulayırıq. Əminik ki, o güləşimizə hələ uzun illər xidmət edəcək və neçə-neçə çempionlar yetişdirəcək. Yastığınız yüngül olsun, Elçin müəllim!”, - deyə F. Umudov qeyd edib.