Elçindən hamilə qalan qadın- - "Qızına soyadını verməsə də..."

elcinden-hamile-qalan-qadin-
Oxunma sayı: 8417


Müğənnidən övladı olduğunu iddia edən və ifaçının yarıçılpaq fotosunu yayan Həsrət Nəcimzadə proqramda üzü bağlı şəkildə iştirak edib və ifaçını atalıq testi etməyə çağırıb: 

“Elçinin ad günü olanda oktyabrın 18-i sürpriz olaraq hamilə qalmışam.  İşlətdiyim restoranda tanış olmuşuq, 2009-cu ildə iki il 20 Yanvar metrosunun yaxınlığında yaşamışıq. Onun şəklini çəkdiyimdən xəbərdar idi.  Birinci hamiləliyimdə uşağı dünyaya gətirməyimi istədi, amma alınmadı. İkinci dəfə oktyabrda hamilə olmuşam. Deyirdi ki, oğlum olsa, atamın adını İsfər, qızım olsa, anamın adını Humay qoyacağam. Qızımızın adı Humaydır. Övladım olanda Elçini Türkiyəyə qaçırtmışdılar.  Hamilə olanda anası ilə bir dəfə telefonla danışmışam. Anası dedi ki, oğlumun ürəyi zəifdir, nə edəcəyimi bilmirəm. Qardaşı gəlib övladıma baş çəkirdi. Atalıq testi etdirməyə hazıram, Elçin özü gəlsin, gedək test edək. Mən verəcəyi 100 manat alimenti istəmirəm. Gedib problemlərini həll etsin, kirayədə qalır. Qızımıza soyadını verməsə də, şəhadətnamədə Humay Elçin qızı yazılıb”.

Qeyd edək ki, Elçin Cəfərov bir müddət öncə mətbuata bəyanat yayaraq övladı olmadığını bildirmişdi.