Elçindən pərəstişkarlarını sevindirəcək addım

elcinden-perestiskarlarini-sevindirecek-addim-
Oxunma sayı: 792


“Qafqazinfo”nun məlumatına görə, ifaçı iyulun 15-i saat 18:00-da “Park bulvar”da pərəstişkarları ilə bir araya gələcək.

“Başım yaradıcılıq işlərinə qarışıb. Pərəstişkarlarıma vaxt ayıra bilmirəm. Sezonu onlarla görüşərək bağlamaq istəyirəm. Pərəstişkarlarım üçün disk imzalamaqla yanaşı, onlarla çoxlu şəkillər də çəkdirəcəm. İstəyirəm bu gün onların yaddaşına həkk olunsun. 

Bildiyiniz kimi bu yaxınlarda “Dilimin ucunda” mahnısını dinləyicilərin ixtiyarına verdim. Yeni təqdim olunmasına baxmayaraq sevildi. Hər kəsə təşəkkür edirəm”-, deyə ifaçı görüş haqda açıqlama verib. 

Qeyd edək ki, fanatlarla görüşün təşkilatçısı DJ Kazım Sübhandır.