Eldar Əzizov Bayıl sakinləri ilə görüşdü

Eldar Əzizov Bayıl sakinləri ilə görüşdü
Oxunma sayı: 940

Bu gün Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar köçürülmüş sakinlərlə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov görüş keçirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bayram süfrəsi arxasında toplaşanları salamlayan E.Əzizov sakinlərin Novruz münasibəti ilə təbrik edib.

Başçı bildirib ki, yamacdakı məlum hadisələrlə bağlı burada məskunlaşan vətəndaşların özlərinin və əmlaklarının təhlükəsizliyinin təminatı məqsədi ilə bir sıra təxirəsalınmaz tədbirlər görülüb: “Əhali vaxtında təhlükəli zonadan köçürülüb, müvəqqəti sığınacaq yaradılıb, vətəndaşların digər problemləri həll olunub. Buradakı evlərin böyük əksəriyyətinin heç bir sənədi olmayan qanunsuz tikililər olmasına baxmayaraq,  dövlət tərəfindən vətəndaşların mənafeyi nəzərə alınaraq buradakı 98 evdə yaşayanların kirayə mənzillərdə yerləşdirilməsi üçün onlara aylıq kirayə pulu verilib. Evləri tam uçan vətəndaşlara isə birdəfəlik kompensasiya ödəniləcək. 

Hazırda ərazidə  mütəxəssislər tərəfindən araşdırma və yoxlamalar aparılır. Onların rəyi nəticəsində yamacdakı evlərin gələcək taleyi ilə bağlı qərar veriləcək. Bu gün ərazidə polis postları qurulub, kənar şəxslərin əraziyə daxıl olmasına yol verilmir. 

Mən Nazirlər Kabinetində olmuşam, bu məsələ ona görə uzanır ki, sakinlərin istəklərini mümkün qədər tam yerinə yetirək. Hakimiyyətdə çox yaxşı başa düşürlər ki, siz çətin vəziyyətə düşmüsüz. Ona görə çalışırlar ki, sizə edilən kömək artırılsın. Bu gün ona görə təkrar sizlə görüşdük ki, bəlkə nəsə başqa arzularınız, istəkləriniz var. Bəziləriniz kompensasiyanın azlığından şikayət etdi, mən də bunu Nazirlər Kabinetinə çatdırdım. Məbləğin artırılması üçün sənədlərin qəbulu dayandırılıb, müzakirə aparılır. 

Qəzalı vəziyyətdə olan 6 bina üçün veriləcək kompensasiya hazırdır. Amma onlara veriləcək məbləğin artırılması məsələsinə də baxılır ki, pul alan sakin gedib özünə yeni ev ala bilsin". 

Sonda sürüşmə ərazisindən köçürülən ailələrə Novruz sovqatları təqdim olunub.

Murad Əhməd



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi