Eldar güclü yağışın qurbanı oldu - Kiyevdə

Eldar güclü yağışın qurbanı oldu
Oxunma sayı: 2135

Ukraynanın Kiyev şəhərində “Grand Euro party” təşkil olunub.“Qafqazinfo” xəbər verir ki, tədbirdə “Eurovision 1998”in qalibi Dana İnternational və başqa müğənnilər olub.

Konsertdə “Eurovision 2011”-in qalibi Eldar Qasımov da iştirak edib. 

Müğənni Eldar Qasımovdan isə Avstraliya, Böyük Britaniya və İtaliya mətbuatı özəl müsahibələr alıb.Konsert günü havanın isti olacağı deyilsə də, hər şey əksinə reallaşıb. Belə ki, Eldarın səhnədə oxuduğu ikinci mahnı zamanı güclü yağış başlayıb. 

Başlayan yağışla Eldarın “Tell me about love” mahnısını oxuması vəhdət təşkil edib. Konsert zamanı Eldarın ukrayna dilində danışması isə ümummiyyətlə auditoriyada ciddi səs-səda doğurub. 

İfaçı açıqlamasında konsert gününə xüsusi hazırlaşdığını və bir neçə gecə yatmadığını da dilə gətirib. 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi