Eldar İbrahimov Soareşin təyinatı barədə danışdı

eldar-ibrahimov-soaresin-teyinati-barede-danisdi-
Oxunma sayı: 639

Ötən dövr ərzində münaqişənin həlli istiqamətində bir sıra fikirlər səsləndirilib, təkliflər irəli sürülüb. Təəssüf ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin həllinə mane olub”. “Qafqazinfo”nun məlumatına görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin komitə sədri Eldar İbrahimov bildirib. Millət vəkili Joao Soareşin ATƏT-in Cənubi Qafqaz və Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi təyin olunmasına münasibət bildirərək qeyd edib ki, məsələnin hüquq normaları və ədalət çərçivəsində həlli istiqamətində daha davamlı fəaliyyət nümayiş etdiriləcəyinə inanır.
“İnanıram ki, yeni nümayəndə münaqişənin tez həll edilməsi üçün səy göstərəcək. Artıq bütün dünya Azərbaycanın işğala məruz qalan ölkə olduğunu və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bilir. Əminəm ki, yaxın dövrdə Ermənistan tərəfi də reallığı qəbul edərək münaqişənin həllində qeyri-konstruktiv mövqeyindən əl çəkəcək. Joao Soareşə öz fəaliyyətində uğurlar arzılayıram”, - deyə o əlavə edib.

Xatırladaq ki, Joao Soareş yeni vəzifəsində Qoran Lenmarkeri əvəzləyib.