“Eldar Mahmudov əzizimdir...”

“Eldar Mahmudov əzizimdir...”
Oxunma sayı: 40

Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesində sabiq nazir Eldar Mahmudovun köməkçisi və qardaşı oğlu Vüqar Mahmudov ifadə verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə V.Mahmudov “Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədov epizodu üzrə danışıb.

O, Akif Çovdarov və digər təqsirləndirilənləri tanıdığını deyib: “MTN-də birgə işləmişik. Hər birinə qarşı dərin hörmətim və ehtiramım var. Allah qapılarını açsın”.

V.Mahmudov deyib ki, fəaliyyət göstərdiyi vaxt ərzində heç kim ona pul verməyib: “Qanun çərçivəsində işləmişəm, tapşırıqları yerinə yetirmişəm”.

Prokuror V.Mahmudovun belə cavan yaşda polkovnik –leytenant rütbəsi almasını vurğulayaraq nazir Eldar Mahmudovla hər hansı qohumluğu olub-olmamasını soruşub. Müdafiə tərəfinin vəkilləri bu suala etiraz etsə də, V. Mahmudov qısa cavab verib: “Eldar Mahmudov nazirim və əzizim olub”.

Sabiq nazir köməkçisi V.Mahmudov deyib ki, Tağı Əhmədov heç vaxt ona zəng etməyib: “Belə bir şey ola da bilməzdi”.

Qeyd edək ki, T.Əhmədov ifadəsində deyib ki, Çovdarov ondan pul istəyəndə Vüqar Mahmudova zəng edərək bu məsələni nazirə çatdırmasını xahiş edib. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi