Eldar Mahmudov gürcü kəşfiyyatçıları ilə görüşdü

eldar-mahmudov-gurcu-kesfiyyatcilari-ile-gorusdu
Oxunma sayı: 1816

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, qonaqlar və general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Tərəflər arasında keçirilən görüşdə Eldar Mahmudov cənab Qela Bejuaşvilini Azərbaycanda yenidən görməkdən məmnun olduğunu və bu səfərin hər iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın daha da inkişaf etməsinə öz töhfəsini verəcəyini bildirib. Milli təhlükəsizlik naziri mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar ölkəmizin həyata keçirdiyi adekvat tədbirlər, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar barədə danışıb.

Görüşdə tərəflər arasında regionda baş verən proseslər, habelə terrorçuluq, ekstremizm, qanunsuz miqrasiya, eləcə də regional və beynəlxalq əhəmiyyətlı enerji layihələrin təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılmış, bu istiqamətdə hər iki ölkənin xüsusi xidmət orqanlarının sıx əməkdaşlığının və qarşılıqlı əlaqədə fəaliyyətinin inkişaf perspektivləri müzakirə olunub.