Eldar Mahmudovun köməkçisi həbs olundu

eldar-mahmudovun-komekcisi-hebs-olundu
Oxunma sayı: 8078

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu, eyni zamanda köməkçisi Vüqar Mahmudov həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, fəaliyyəti dayandırılmış MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə Eldar Mahmudovun köməkçisi Vüqar Mahmudov həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.