Eldar Qasımov mələklərini tapdı - - Video

eldar-qasimov-meleklerini-tapdi-
Oxunma sayı: 1088


Onu da deyək ki,  mahnı İvan  Dorn, Aleksandr Ribak, Ani Lorak kimi tanınmış ulduzların çalışdığı məhşur leyblda  hazırlanıb. Müğənni  Eldar Qasımov mahnının yaranma prosesi haqqında təəsüratlarını bizimlə bölüşüb: “Mahnının hələ hazırlanma mərhələsində  müəllif, İqor  Şavrovla  danışığımda mən anladım ki,  o mənə axtardığımı verəcək. O, mənim fikirlərimi düzgün formalaşdırdı.  Fikirləşirəmki bütün insanlar mələk ola bilərlər, gündəlik məişətdən uzaq olmaq üçün qəlbimizin qanadlarını  açıb səmaya qalxmaqla sevdiklərimizi mələk kimi qoruya  bilər. Deyirlərki mələklər bizim ətrafımızda gəzirlər. Və mən inanıramkı  hamının  öz mələyi var. Kiminsə valideynləri, kiminsə dostları və  ya sevdiyi insan. Ona görə hesab edirəmki bu musiqi çoxlarına doğma olacaq və hər kəs mahnıda özünə aid nəsə tapa biləcək”.

 Qeyd edək ki,  mahnının müəllifi “SoSmile” layihəsindən  tanınmış  Dj İqor Şavrovdur. Onun mahnılarını Vera Brejneva, Timur Rodriqes, Dima Bilan, Yuliya Volkova, Dan Balan, İqor Burenko kimi məhşurlar ifa edib. Eləcə  də  2012-ci ildə Ukrainani Eurovisionda  təmsil edən "Be my Guests" mahnısıda ona  məxsusdur. Bundan başqa  mahnının hazırlanmasılnda həmyerlimiz Orxan Bağırov da  iştirak edib. 

Aynur