“Eldar Sabiroğlunun dedikləri cəfəngiyyatdır” - Rəsmi

eldar-sabiroglunun-dedikleri-cefengiyyatdir
Oxunma sayı: 5966

Ədliyyə Nazirliyi Penitensiar Xidməti sabiq müstəntiq Rüfət Səfərovun həbsdə saxlanılarkən işgəncəyə məruz qalması ilə bağlı iddialarına cavab verib.

"Qafqazinfo" xəbər verir ki, Bizimyol.info saytının sorğusuna cavab olaraq qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, Rüfət Səfərovun atası Eldar Sabiroğlunun dedikləri tamamilə cəfəngiyyatdır və həqiqətləri əks etdirmir.

M. Sadıqov sabiq müstəntiq Rüfət Səfərovun həbsdə saxlanılarkən işgəncəyə məruz qalması barədə yayılan məlumatları təkzib edib.