Eldar Sultanovun bacısı oğlu qəzada həlak oldu

Eldar Sultanovun bacısı oğlu qəzada həlak oldu
Oxunma sayı: 6235

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, avqustun 10-da saat 10:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Vüqar Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yol kənarında duran Sumqayıt şəhər sakini Ramil Əliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.
 
APA-nın əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən Ramil Əliyev Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun bacısı oğludur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi