Eldarla Röyadan sonra Anar da dəstək oldu

eldarla-royadan-sonra-anar-da-destek-oldu
Oxunma sayı: 2458

Məşhur stilist Anar Ağakişiyev Əməkdar artist Röya Ayxan və “Eurovision- 2011” qalibi Eldar Qasımovdan sonra  LGBT- yə (Lezbiyan, Gey, Biseksual, Transseksual) dəstək olub.  “Qafqazinfo” xəbər verir ki, stilist instaqram səhifəsində LGBT "Qürur ayı"nda üzərində göyqurşağı effekti olan geyimdən istifadə edərək foto paylaşıb.  O, şəklə belə şərh yazıb:

“Əziz dostlar, bəzən həyat siyah, bəzən isə bəyazdır. İstəyirəm ki, hər kəsin həyatı mənimki və göy qurşağının rəngləri kimi rəngarəng olsun. Həyatı parlaq və rəngli yaşamaq lazımdır! Budur,sizlər üçün rənglərlə dolu yeni surprizim”.

Anarı sözügedən paylaşımı da digər tanınmışlarda olduğu kimi müzakirə mövzusuna çevirilib.  Hətta, dünyaca məşhur stilistlər, Türkiyənin sosial şəbəkə fenomeni Kerimcan Durmaz da Anarın postuna rəy yazıb. Ağakişiyev daha sonra açıqlama yayaraq LGBT-ni dəstəkləmədiyini bildirib:

“Əziz dostlar, mən "makeup" artistəm və rənglərlə çalışıram. Bu fotosessiyada boyalarla şəkillər var, hansılarki "makeup"la bağlıdırlar. Bu məsələyə başqa bir məna verməyin”.