“Elə bələdiyyələr var ki, çoxlu borcu yığılıb...”

ele-belediyyeler-var-ki-coxlu-borcu-yigilib
Oxunma sayı: 1943

“Subvensiya formasında bələdiyyələrin borcunun silinməsi yaxşı olardı. Elə bələdiyyələr var ki, çoxlu borcu yığılıb və onlar il ərzində fəaliyyət göstərə bilməyəcəklər”.

“Qafqazinfo” xəbər verir ki, bunu parlamentin Regional  komitəsinin sədri Arif Rəhimzadə büdcə müzakirələri zamanı çıxışında qeyd edib. O bildirib ki,  gələn ilin büdcəsindən bələdiyyələrə ayrılan vəsaitin miqdarı artırılıb: “Bu rəqəm 7,7 milyona çatdırılıb. Həmçinin bələdiyyələrə subvensiya formasında yarım milyon manat pul ayrılıb. Ancaq burada çətinlik var. Bələdiyyələr bunun üçün 2018-ci ilin mart ayına kimi sənədlərlə müraciət etməli idilər. Xahişim ondna ibarətdir ki, vaxt keçsə də, elə etmək lazımdır ki, bələdiyyələr 500 min manat subvensiya formasında bu pulu ala bilsin.

Bundan əlavə, bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna borcları var. Bələdiyyələr işçi saxlamadıqları halda, müəyyən rəqəmlər yazıblar. Bu borclar da bundan irəli gəlib. Dotasiyaların bir hissəsi subvensiya kimi verilsə daha yaxşı olardı. Həmçinin subvensiya formasında bələdiyyələrin borcunun silinməsi yaxşı olardı. Elə bələdiyyələr var ki, çoxlu borcu yığılıb və onlar il ərzində fəaliyyət göstərə bilməyəcəklər”.

Günel Türksoy