Elə bildilər Madonna da “Eurovision”a qatılıb

ele-bildiler-madonna-da-eurovisiona-qatilib
Oxunma sayı: 1325

Türkiyənin məşhur aparıcısı Ece Erkenin aparıcılıq etdiyi “Söylemezsem olmaz” proqramında dünyaca məşhur müğənni Madonna barədə açıqlaması söz-söhbətə səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, Ece müğənninin “Eurovision- 2019” mahnı müsabiqəsində çıxışın şərh edərkən gülüşə səbəb olan fikir bildirib. Belə ki, aparıcı Madonnanın müsabiqənin fəxri qonaq kimi çıxış etdiyini bilməyib. 

Ece sənətçinin yarışmada birinci olmamasına təəssüfləndiyini vurğulayıb: “Madonnanın birinci olmaması qəribə deyil? Madonnadır, nə etsən, uğurlu alınır”.