“Elə bir qızı sevə bilərdim”- - Murad Boz

ele-bir-qizi-seve-bilerdim-
Oxunma sayı: 2055


- “Hadi inşallah” çəkildiyiniz ilk filmdir. Film haqqında təəssüratlarınız necə oldu?

- İnsanların bəyəndiyini görmək məni xoşbəxt edir. Bu müddət ərzində rejissorumuz, Büşra Pekin və diğər aktyor heyəti mənə dəstək oldu, onların sayəsində uğurlu işə imza atdım. 

- Filmə çəkilmə ideyası necə yarandı?

- Çox istəyirdim ki, karyeramda film də yer alsın. Düşünürəm ki, bundan sonra da filmlərdə rol alacam.

- Başqa filmlərdən təklif gəlibmi?

- Mənə hər hansı bir təklif olunmayıb. Bu filmdə xəyalımı həyata keçirdim. “Hadi inşallah”ın heyəti ilə bir arada olduğum üçün qürur duyuram, mənim üçün böyük şansdır. 

- Bundan sonra seriallarda çəkilməyi düşünürsünüzmü?

- Serialda çəkilməyi düşünmürəm. Mənim peşəm müğənnilikdir. Lakin daha ciddi və ya romantik obrazı canlandıracağım filmlərdə rol almaq istəyirəm. 

- Filmdə Bukka dəli-dolu bir qızdır. Murat Boz həyatda belə bir qıza aşıq olardı?

- Təbii ki, belə bir qızı sevə bilərdim. Həyatda önəmli olan sizi xoşbəxt edəcək insanla birlikdə olmaqdır. Bu həm dostluq, həm də sevgi üçün keçərlidir.

- Hər zaman “O səs Türkiyə”də arabesk mahnılar ifa edirdiniz. Filmdə arabesk söyləməyiniz əvvəldən planlanmışdı, yoxsa?

- Belə bir səhnə yox idi, sonra çəkiliş zamanı  ssenariyə salındı. Mahnı oxumağım hamımız üçün sürpriz oldu. Rejissorumuz dedi ki, Murat Boz hər zaman mahnı oxuyur, bir dəfə də oxuya bilməsə necə olar? 

- Öpüşmə səhnəsində hər ikiniz rahat görünürdünüz. Bu haqda nə deyə bilərsiniz?

- Bu səhnədə mənim rahatlığım Büşranın peşakarlığından qaynaqlandı.  Bu kadrların həqiqi alınması aktyorların  qarşılıqlı anlaşması nəticəsində yaranır. 

Qeyd edək ki, mətbuat konfransında yadda qalan məqamlardan biri də jurnalist Ümidə Həsənlinin üzəri qaşla bəzədilmiş Azərbaycan bayrağı olan yaxa sancağını Murat Boza təqdim etməsi olub. 

Könül