“Elə qanun yoxdur ki, qaçqın hamını döyə, söyə bilər”

ele-qanun-yoxdur-ki-qacqin-hamini-doye-soye-biler
Oxunma sayı: 4731


“Mən döyülməmişəm. Dövlət tədbirindən çıxıb Roza Rəhimligilə getdim. Ora dar küçə olduğu üçün maşınlar arxa-arxaya düzülmüşdü. Ən sonuncu isə mənim avtomobilim idi. Qonşusu Rozagilə gəldi ki, maşını götürün. Maşını çəkmək üçün çölə çıxanda qonşu qadın məni təhqir etməyə başladı. Dedi ki, "Ağdamdan qaçmışam, bir də bu tərəflərə gəlmə, qaçqınam kimsə mənə nəsə edə bilməz". Cavab verdim ki, qaçıb gəlməmisən ki, burdakılara təhqir edib, başlarına oyun açasan. Elə qanun yoxdur ki, qaçqın hamını döyə, söyə bilər. Əri isə qadının arxasında gizlənmişdi. Gördüm ki, bunlar həyasızlığa keçib, maşınıma oturdum və 102-ni yığıb polis çağırdım. Polisin yanında yenə məni və Rozanı  təhqir etdilər. Bu məsələyə polis baxır, araşdırma gedir, heç polis bilmir ki, günah kimdədir. Bu jurnalistlər mənim günahkar olduğumu haradan bilir? Dünən saytlarda vəhşicəsinə döyülməyim haqda oxuyub dəhşətə gəlmişəm.  Mən Rozanın qonşularını da, döyülməyim haqda yazan jurnalistləri də məhkəməyə verəcəm. Hər kəs məhkəməyə verəcəm deyir, yalnız  dediyinə əməl etmirlər. Amma mən məhkəməyə müraciət edən ilk sənətçi olacam”.

Qeyd edək ki, müğənninin döyülməsi haqda xəbəri avropa.info saytı yaymışdı.

Könül