“Elə şərait yaradıram ki, yoldaşım əsəbiləşsin...”

ele-serait-yaradiram-ki-yoldasim-esebilessin
Oxunma sayı: 3058


 “Qafqazinfo”nun məlumatına görə, verilişin mövzusu olan “aqressivlik” haqda danışan şoumen ailəsindən söhbət açıb:

“On dörd ildir ailə qurmuşam. Heç vaxt  həyat yoldaşımla bir-birimizə qarşı aqressiv olmamışıq. Əsəb, stress  keçirmişik, amma bir-birimizə qarşı aqressivlik göstərməmişik və bunu uşaqlara hiss etdirməmişik. Lakin belə ailələr var. Aqressiv ailədə olan uşaqlar əsəbi olur. Hətta ana bətnində olan uşaq ananın əsəbiliyini hiss edir və onda bir çox xəstəliklər yaranır. Hətta evin tək övladı olan uşaqlar da əsəbi ola bilir. Gərək ailədə ikinci, üçüncü uşaqlar da olsun.  Müsəlmanının ailəsi böyük olsa, yaxşıdır. Biz elə ailə qurmuşuq ki, orada aqressivlik olmur.  Hərdən elə şərait yaradıram ki, yoldaşım əsəbiləşsin, bir-birimizə qarşı əsəbi olaq ki, xoş günlərin dəyərini bilək. Hər qaranlıq axşamın, işıqlı səhəri olur”.