“Elə sevgi buradan başlayır…” - Fotolar

“Elə sevgi buradan başlayır…”
Oxunma sayı: 1987

“Son dövrlər qarşıma heyvanlara zülm edən insanların çəkdiyi videolar çıxır. Sizə bir söz deyim. Biz heyvanlara qarşı münasibəti öz övladlarımıza, yaxınlarımıza kiçik yaşlarından öyrətməliyik”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Günay İbrahimli sosial şəbəkədə yazıb.  Sənətçi instaqramda heyvanlara dəstək üçün kampaniyaya qoşulduğunu bildirib:

“Onlar heyvanları sevdikdən sonra böyüyəndə insanları da sevəcək, nəvaziş göstərəcək. Sevgi elə burdan başlayır, mərhəmət belə aşılanır. Zülmü verən insanlara qarşı etiraz etməliyik. Həm də küçə heyvanlarına özümüz də diqqət yetirməliyik. Dostlarımız heyvanlarla bağlı kampaniyaya başlayıblar.

Deməli, mən də müraciət etmişəm. İnanın, insan yaxşılıq edən zaman çox rahat olur, elə bil ki, üzərindəki ağırlıq götürülür. Sözümün canı odu ki, yaxşılıq etməkdən çəkinməyin. Həyat bumeranqdır məsəlini də unutmayın". 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi