Ələkbərov “Lukoyl”un 21 min səhmini alıb

elekberov-lukoylun-21-min-sehmini-alib
Oxunma sayı: 2564

“Lukoyl”un rəhbəri Vahid Ələkbərov birjadan kənar bazarda şirkətin 21 min adi səhmini alıb.

“Qafqazinfo” xəbər verir ki, alqı-satqı prosesi sentyabrın 21-də baş tutub. Sazişin məbləği 99,5 milyon rubl (təxminən 2,5 milyon manat) təşkil edib. Bununla da, Ələkbərovun şirkətdəki birbaşa payı 2,488 faizdən 2,491 faizə yüksəlib.