Ələkbərovdan “Lukoil”lə “Palmali”nin məhkəmə çəkişməsinə - Münasibət

elekberovdan-lukoille-palmalinin-mehkeme-cekismesine
Oxunma sayı: 2363

““Lukoil”lə “Palmali Holdinq” arasındakı məsələ sırf kommersiya məsələsidir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya açıqlamasında Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.
 
“Lukoil”lə “Palmali” arasındakı məhkəmə çəkişməsini şərh edən Vahid Ələkbərov vurğulayıb ki, bu sırf kommersiya məsələsidir: “Mən bu məsələni şərh etməzdim. Çünki, məsələnin detallarını yaxşı bilmirəm”.
 
Qeyd edək ki,  “Palmali Holding” “Lukoil” şirkətinin törəmə müəssisəsi olan “Litasco”nu məhkəməyə verib. “Palmali”nin London Arbitraj Məhkəməsində qaldırdığı iddiada qeyd edilib ki, “Litasco” Xəzər dənizində daşımaçılıqla bağlı razılaşmanın şərtlərini pozub. “Palmali” “Litasco”dan 2 mlrd. dollarlıq təzminat tələb edir.

“Lukoil” və “Palmali Denizçilik” 2017-ci ilin aprel ayında neft və neft məhsullarının 10 illik daşımasını həyata keçirmək üçün müqavilə imzalayıblar.