Elektrik iş başında öldü

elektrik-is-basinda-oldu
Oxunma sayı: 1318

Qazax rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə iyunun 23-ü saat 13 radələrində rayonun Aslanbəyli kəndində qeydə alınıb.

Qaymaqlı kənd sakini, 1958-ci il təvəllüdlü Fərman Kərimov Aslanbəyli sakini Telman Mustafayevin yeni tikilmiş evinə elektrik xətti çəkərkən ehtiyatsızlıqdan yıxılaraq kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilsə də, iyunun 24-də orada vəfat edib.