Elektrikli təyyarənin ilk uçuş testi keçirildi - Video

elektrikli-teyyarenin-ilk-ucus-testi-kecirildi
Oxunma sayı: 663

Almaniyanın Lilium adlı startapı, şaquli qalxış və enişli elektrikli təyyarəsinin ilk uçuş testini keçirdib.

“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, məsafədən idarə olunan Lilium Jet adlı təyyarə ilk uçuş testi Münhendə keçirilib. Test zamanı Lilium Jet, dronlarda və vertolyotlarda olduğu kimi havaya qalxıb və adi təyyarələrdə olduğu kimi qanadlarının qaldırıcı gücü vasitəsilə aerodinamik uçuş rejiminə keçid edib.

Sözügedən cihaz, 36 elektromühərrik ilə təchiz olunub. Startap əməkdaşları aparatın analoqlardan fərqli olaraq 90% daha az enerji sərf etdiyini qeyd ediblər.

Startap, tıxacların çox olduğu şəhərlərdə 5 nəfərlik elektrik təyyarəsini taksi kimi fəaliyyətə salmağı planlaşdırır. Uçan taksileri xüsusi mobil tətbiq vasitəsilə sifariş etmək mümkün olacaq.

Təhlükəli və gözlənilməz anlarda sərnişinlər paraşütlərdən istifadə edə biləcəklər. Bundan əlavə olaraq pilotun təhlküəli manevrlər etməsini əngəlləyəcək xüsusi sistem də fəaliyyət göstərəcək.