“Elektron hökumət” informasiya sisteminin həyata keçirilməsinə başlanılıb

elektron-hokumet-informasiya-sisteminin-heyata-kecirilmesine-baslanilib
Oxunma sayı: 642

İndiyədək əsas serveri RİTN-də yerləşən sistemə nazirliyin özündən başqa Ədliyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu qoşulmuşdur. Bu dövlət müəssisələrində serverlər və informasiya təhlükəsizliyi sistemləri quraşdırılmış, servislərin və onların sistemdə informasiya məlumatlarının əlaqələndirilməsi üzrə işlər aparılmışdır. Bundan başqa, “Elektron hökumət”in informasiya sistemi bazası əsasında ödənişli xidmətlərdən istifadənin təmini üzrə də işlərə başlanılmışdır.
Dövlət idarələri tərəfindən göstərilən bütün elektron xidmətlər, eləcə də yaranacaq yeni xidmətlər “Elektron hökumət”in vahid portalına köçürüləcəkdir. Portalın yaradılması başa çatmaq üzrədir. “Elektron hökumət” portalının yaradılmasında mövcud informasiya bazalarını və müxtəlif platformalarda yaradılan sistemləri birləşdirəcək “X-Road” sisteminin prinsipindən istifadə olunacaqdır. “X-Road” sistemi müxtəlif dövlət təşkilatlarının məlumat bazalarını birləşdirməyə, əhaliyə kompozit xidmətlər göstərməyə və s. imkan verəcəkdir.