“Elektron hökumət” portalına "Azərsu"yun yeni xidməti inteqrasiya edilib

“Elektron hökumət” portalına
Oxunma sayı: 90

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Elektron müraciət” adlı yeni elektron xidməti inteqrasiya olunub.

"Qafqazinfo" xəbər verir ki, bu xidmət vasitəsi ilə fiziki və hüquqi şəxslər müraciətlərini (ərizə və şikayət) bundan sonra elektron formada göndərə bilərlər.

Xidmətdən necə istifadə etmək olar?

Portala autentifikasiya vasitələrindən biri ilə daxil olduqdan sonra əsas səhifədə “Bütün xidmətlər” bölməsini seçin. Daha sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin təqdim olunan xidmətləri içərisindən “Elektron müraciət” adlı xidməti seçin.

Açılan səhifədə “Su kanal idarələri”, yaxud “İdarəetmə aparatı” olaraq müraciət edilən təşkilatı, həmçinin müraciət edilən səlahiyyətli şəxs və ya müraciət edilən struktur vahidini seçib “Müraciət et” düyməsinə sıxın.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi