Ələt-Astara yolunda 3 maşın toqquşdu - Ölən var +Video

elet-astara-yolunda-3-masin-toqqusdu
Oxunma sayı: 5045

Ələt-Astara magistral avtomobil yolunun Masallı rayonundan keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Alvadı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki minik avtomobilinin və mikroavtobusun toqquşması nəticəsində 1947-ci il təvəllüdlü Cəlilabad rayon sakini Ağayev Adışirin Aslan oğlu dünyasını dəyişib. 

Hadisənin baş vermə səbəbləri araşdırılır. 

Rəşad Türkoğlu