Ələt-Astara yolunda maşın aşdı - 1 nəfər öldü

elet-astara-yolunda-masin-asdi
Oxunma sayı: 697

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, səhər saatlarında Ələt-Astara magistralının Salyan rayonunun Dayıkənd kəndi ərazisində "Mercedes" markaklı, 90-BA-452 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.
 
Nəticəcədə sürücü, Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü Elvin Telman oğlu Xanməmmədov hadisə yerində ölüb. Avtomobildəki sərnişinlər - Cəlilabad sakinləri, 1961-ci il təvəllüdlü Nigar Əziz qızı Abışova, 1976-cı il təvəllüdül Fiqurə Əziz qızı Quliyeva, 1946-cı il təvəllüdlü Telman Qulam oğlu Quliyev və 1954-cü il təvəllüdlü Vəsmə Xanoğlan qızı Quliyeva xəsarət alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirliblər. Onların həyətı üçün təhlükə olmadığı bildirilir.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.