Ələt qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş olub

elet-qesebesinin-sakinleri-ile-novbeti-seyyar-gorus-olub
Oxunma sayı: 1158

Aprelin 24-də Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Ələt qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
 
“Qafqazinfo” xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edib.

Keçirilmiş səyyar qəbulda 350-dən çox qəsəbə sakini iştirak edib.

Qəsəbə sakinlərindən 15 nəfəri fərdi qaydada dinlənilib. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.