Ələtdə ağır qəza - Bir ailənin 4 üzvü yaralandı

eletde-agir-qeza
Oxunma sayı: 1937

Bu gün Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində “Opel” markalı avtomobil mişar daşı yüklənmiş yük avtomobilə arxadan çırpılıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində bir ailənin 4 üzvü - sürücü, 1991-ci il təvəllüdlü Vüqar Məmmədov, sərnişinlər –1993-cü il təvəllüdlü Fuad Məmmədov, 1991-ci il təvəllüdlü Lamiyə Məmmədova və 1993-cü il təvəllüdlü Vəfa Məmmədova xəsarət alıb.

V. Məmmədov,  V. Məmmədova və L. Məmmədova Şirvan şəhər Xəstəxanasına yerləşdirilib. L. Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir. V. Məmmədov isə Bakıdakı xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.