“Əleyhimizə qərar verilməyibsə, hakimlikdən danışmaq istəmirəm”

“Əleyhimizə qərar verilməyibsə, hakimlikdən danışmaq istəmirəm”
Oxunma sayı: 572

Topaz Premyer Liqasının 20-ci turunda evdə “Qəbələ”ylə heç-heçə edən (1:1) “Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

““Qəbələ” güclü komandadı. Ustalıq səviyyəsinə görə bu komandadan geri qalırıq. Bizim komanda hələ yeni formalaşıb. Bizdə istək çox idi. İstək sayəsində də bu oyundan xalla ayrıldıq”.

- Uduzmadığınıza görə sevinirsiz, yoxsa qalib gələ bilmədiyinizə görə təəssüflənirsiz?

- Bu gün bizim komanda sondan ikinci yerdədi. Həm də, son iki oyunda son dəqiqədə qapımızda qol görmüşdük. Bunun təkrarlanmasını istəməzdim. Buna görə, heç-heçəni məqbul nəticə hesab edirəm.

- Rəqib baş məşqçi Roman Qriqorçuk hakimlikdən narazı qaldı. Siz bu barədə nə deyə bilərsiz?

- Bəzən olur ki, nəticə qarşı tərəfin narazılığına səbəb olur. Bizim ziyanımıza hər hansı qərar verilməyibsə, hakimlik barədə nə isə fikir bildirə bilmərəm.

- Oyundan sonra Vaqif Cavadova iradlarınızı bildirirdiz...

- İradım yox idi. Sadəcə, Məqsəd İsayevə oyun epizodu ilə bağlı narazılığımı bildirirdim. Vaqifə heç bir irad bildirmədim.

- Roman Qriqorçukla Ukraynada da rəqib olmusuz. Prinsipiallıq yox idi ki?

- Ukraynada da görüşmüşük. Prinsipiallıq yoxdu. Fərq odu ki, indi başqa çempionatda üz-üzə gəlirik.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi