Elgiz ilk dəfə qızının şəklini paylaşdı

elgiz-ilk-defe-qizinin-seklini-paylasdi
Oxunma sayı: 2104

Tanınmış aparıcı Elgiz Əkbər qızını ictimaiyyətə təqdim edib.  “Qafqazinfo” xəbər verir ki, 45 yaşlı aparıcı instaqramda övladı Lalənin şəklini izləyiciləri ilə bölüşüb. 

O, qızını 3 yaşı münasibəti ilə təbrik edib: “Lalə balamın 3 yaşı tamam oldu. Allah bütün balaları qorusun! Çox sevincliyəm”.

Qeyd edək ki, Elgiz 2015-ci ildə Əsmər adlı xanımla ailə həyatı qurub. Elgiz uzun müddətdir ki, övladını media və sosial şəbəkələrdən uzaq tuturdu.