Əli Abbasov Ankarada işgüzar çıxış edib

eli-abbasov-ankarada-isguzar-cixis-edib
Oxunma sayı: 646

Rabitə və İnformasiya Texnologiyaları Naziriliyinin təşəbbüsü ilə təşkil olunmuş “İdarəetmə və optimizasiyanın sənayedə tətbiqi” adlı beynəlxalq konfranslar seriyasının 3-cüsü Türkiyənin nüfuzlu universitetlərindən biri olan Bilkent Universitetində təşkil olunub. Konfransı giriş nitqi ilə Əli Abbasov açıb.

Daha sonra nazir Türkiyə Respublikasının elm, sənaye və texnologiya naziri Nihat Ergün ilə görüş keçirib. Görüş zamanı Türkiyənin yeni təşkil olunmuş Nazirliyi ilə tanışlıq, eləcə də gələcək fəaliyyət sahələri üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Daha sonra nazir Əli Abbasov Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım ilə görüşüb. Tərəflər qarşılıqlı olaraq iki dost və qardaş ölkə əlaqələri haqqında xoş və səmimi ifadələrinin bəyanı ilə yanaşı, fəaliyyət göstərdikləri sahələr üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları üzərində fikir mübadiləsi aparıb, birgə fəaliyyətin əhəmiyyəti xüsusunda razılığa gəliblər.

Nigar Məmmədli