Əli Abbasov Beynəlxalq Ticarət Şurasında iştirak edib

eli-abbasov-beynelxalq-ticaret-surasinda-istirak-edib
Oxunma sayı: 686

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə San-Fransisko şəhərinin (Kaliforniya ştatı) rəhbərliyi, biznes dairələri və Kaliforniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, eləcə də Azərbaycan iş adamlarından ibarət nümayəndə heyətinin üzvləri iştirak edib. Toplantı San-Fransisko Beynəlxalq Ticarət Şurası və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun dəstəyi ilə təşkil olunub.

Baş konsulluğunun məlumatında qeyd olunur ki, Əli Abbasov öz çıxışında Azərbaycanın müstəqillik əldə etdiyi son 20 il ərzində cəmiyyətin ümumi tərəqqisi istiqamətində həyata keçirdiyi siyasət, əldə olunmuş nailiyyətlər, qeyri-neft sektorunun, xüsusən də informasiya-kommunikasiya texnologiyalarının inkişafı haqqında danışıb.
Bununla yanaşı, nazir toplantı iştirakçılarını Azərbaycanda “elektron hökumət”in yaradılması proqramı çərçivəsində görülən işlər və prezident İlham Əliyevin bu prosesin sürətləndirilməsi istiqamətində son qərarları haqqında məlumatlandırılıb.

Öz növbəsində yerli hakimiyyət nümayəndələri Əli Abbasova San-Fransisko şəhərinin meri Edvin Linin adından fəxri fərman təqdim edib və azərbaycanlı qonaqlara salamlarını çatdırıblar.

Nigar Məmmədli