Əli Abbasov dünya çempionatı ilə bağlı tapşırıq verdi

eli-abbasov-dunya-cempionati-ile-bagli-tapsiriq-verdi
Oxunma sayı: 645

RİTN-dən “Qafqazinfo”ya verilən məlumata görə, iclasda çempionat keçiriləcək “Tofiq Bəhramov”, “Şəfa”, “Dalğa”, 8-ci KM, Bayıl və Lənkəran stadionlarında, AFFA və FİFA-nın baş ofislərində və çempionatla əlaqədar olan mərkəzlərdə müasir standartlara cavab verən telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin təşkili barədə məlumat verilib.

Çempionatın final mərhələsinin keçirilməsinə tələb olunan telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinə, həmçinin radio-televiziya yayımına olan tələblərin bir daha dəqiqləşdirilməsi zəruri hesab edilib. Çempionatın keçiriləcək müddətdə stadionların və digər zəruri ofis və mərkəzlərin stasionar və mobil (o cümlədən 3 və 4G) telefon, simli və simsiz internet, İSDN xidmətlərin təşkili üçün ən müasir avadanlıqların istifadəsi barədə aidiyyəti üzrə tapşırıq verilib.

Çempionatın keçiriləcəyi dövrdə mehmanxanalarda, hava limanında və digər zəruri obyektlərdə keyfiyyətli internet xidmətlərinin təmin edilməsinin vacibliyi qeyd edilib. Sonda nazirlikdə yaradılmış “Qərargah”ın fəaliyyətinin gücləndirilməsi, çempionatın keçirilməsinə qalmış vaxtdan səmərəli istifadə olunaraq nəzərdə tutulan tədbirlərin icrası, həmçinin qarşıya çıxan problemlər barədə mütəmadi məruzələr edilməsi ilə bağlı “Qərargah”a, birlik və müəssisələrin rəhbərlərinə, həmçinin özəl operatorlara müvafiq tapşırıqlar verilib.

Nigar Məmmədli