Əli Abbasov konfransda çıxış etdi - Fotolar

eli-abbasov-konfransda-cixis-etdi
Oxunma sayı: 3372

UNEC-də “Azərbaycanın iqtisadi inkişaf strategiyası" mövzusunda Respublika elmi konfransı keçirilmişdir. Ümummilli Lider Heydər Əliyevin büstünün ziyarəti ilə başlamış tədbirdə UNEC rektoru, professor Ədalət Muradov, AMEA-nın həqiqi üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının müdiri, akademik Əli Abbasov və Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov məruzəçi qismində iştirak ediblər.

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritə”ləri ətrafında maraqlı məruzələrin yer aldığı tədbiri giriş sözü ilə UNEC rektoru, professor Ədalət Muradov açıb. 

“İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının müdiri, akademik Əli Abbasov müasir dövrdə iqtisadi kateqoriyaların virtuaallaşması, virtual iqtisadiyyat, virtual məhsul kimi yeni anlayışlar barədə danışaraq, bu sahədə ölkənin böyük potensiala sahib olduğunu bildirib.

Sonda yekun çıxışında UNEC rektoru, professor Ədalət Muradov Azərbaycanın milli inkişaf strategiyasına həsr edilmiş xüsusiləşdirilmiş nəşrin hazırlanması barədə göstəriş verərək Azərbaycan Dövlət İqtisad Universitetinin bu iqtiqamətdə ciddi töhfələr verə bilmə potensialına sahib olduğunu bildirib.

Qeyd edək ki, Əli Abbasov 2004–2015-ci illərdə rabitə və yüksək texnologiyaları naziri vəzifəsində çalışıb. Prezidentin 12 noyabr 2015-ci il tarixli sərəncamı ilə tutduğu vəzifəsindən azad edilib.