Əli Abbasov tələbələrlə görüşüb

eli-abbasov-telebelerle-gorusub
Oxunma sayı: 637

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, Ə. Abbasov belə görüşlərin artıq ənənəvi hal aldığını bildirərək qeyd edib ki, bu format tələbələri yaxından tanımağa, təhsildəki uğurları və problemləri ilə tanış olmağa imkan verir, eləcə də fikir mübadiləsi, müasir gəncliyin ölkədə baş verən proseslərə münasibətini öyrənmək üçün geniş imkanlar açır.

Görüşdə Fondun fəaliyyəti haqqında qısa məruzə oxunub, xüsusən də bildirilib ki, ümumilikdə Fond 186 tələbənin xaricdə təhsil almasına maliyyə yardımı edib. Qeyd olunub ki, tələbələr informasiya texnologiyaları və əlaqəli ixtisaslar üzrə ABŞ, Fransa, İngiltərə, Norveç, Ukrayna və dünyanın digər aparıcı təhsil müəssisələrində təhsil alırlar.
Sonra görüş səmimi şəraitdə davam etdirilib, tələbələr göstərilən qayğıya və yaranan bütün problemlərin vaxtında həll edilməsinə görə minnətdarlıqlarını bildiriblər.
Əli Abbasov əvvəlki görüşlərdə olduğu kimi, yaranan bütün problemləri təcili yoluna qoymaq barədə tapşırıq verərək tələbələrdən təhsillərinə maksimum diqqət ayırmağı xahiş edib.
Görüşün sonunda nazir bir daha hazırkı tələbələrin Azərbaycanın gələcək inkişafında xüsusi yerini vurğulayaraq onları Vətəni layiqincə təmsil etməyə, həmişə ölkənin nüfuzunu artırmaq üçün çalışmağa, bir olmağa, mövcud imkanlardan səmərəli istifadə etməyə səsləyib və bundan sonra da lazımi dəstəyin göstəriləcəyinə söz verib.

Nigar Məmmədli