Əli Abdullayev Göygöldə vətəndaşları qəbul edəcək

Əli Abdullayev Göygöldə vətəndaşları qəbul edəcək
Oxunma sayı: 2176

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev 18 iyul 2019-cu il tarixində saat 11:00-da Göygöl rayonunda vətəndaşları qəbul edəcək.

“Qafqazinfo”ya daxil olan məlumata görə, qəbul zamanı nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər aidiyyəti məsələlərlə bağlı müraciətlərə baxılacaq.

Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt şöbəsi və telefon qovşağı tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Bunun üçün Göygöl sakinlərindən 022 2055013 nömrəli telefona zəng etmələri xahiş olunur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi