Əli Ağami haqda məhkəmə başlayır

eli-agami-haqda-mehkeme-baslayir
Oxunma sayı: 1490

Bir müddət öncə qatardan qaçan dustaqlardan biri, Əli Ağami barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Əli Ağami 2015-ci il noyabrın 5-də Şirvan şəhərində kafedə 32 yaşlı Elvin Nəciyev və 25 yaşlı Zaur Sarıbalayevin qətlində şübhəli bilinərək saxlanılıb.

Bu hadisəyə görə “Qoca” ləqəbli Etibar Məmmədov da ittiham edilirdi. O qatardan qaçandan sonra saxlanılması üçün keçirilən əməliyyat zamanı müqavimət göstərdiyi üçün güllələnərək öldürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimlər kollegiyası bu işə görə Bakıya ezam edilib və proses Sabunçu rayon Məhkəməsində keçirilib.

Ə. Ağami adam öldürməkdə və qanunsuz silah daşımada təqsirləndirilərək 19 il müddətinə azadlıqdan məhrum edilib.

Əli Ağami ilə birlikdə məhkəmə qarşısına çıxarılan digər təqsirləndirilən şəxslərə - Məhəmməd Heydərov, Tahir Məlikov və Əfsər İbrahimovun hər birinə 18 il həbs cəzası verilib. 

Ağami cəzanın ağır olduğu qənaətinə gəlib və yüngülləşdirilməsi üçün yuxarı instansiyaya müraciət edib. Bu gün Şirvan Apellyasiya Məhkəməsində onun şikayət üzrə məhkəmə prosesinin ilkin hazırlıq iclası keçiriləcək. 

Murad Əhməd