Əli Ağaoğludan sərt açıqlama

eli-agaogludan-sert-aciqlama
Oxunma sayı: 3140


AzNews.az Türkiyə mətbutına istinadən xəbər verir ki, Əli Ağaoğlu “Mən üz qızardacaq heç bir işə qarşmadım. Əslində bu hadisəni diqqəti cəlb edəcək şəkildə ictimaiyyətə çatdrmaq istədilər. Mən də mediatik biri olmağın əvəzini ödədim” deyə bildirib. 

Ağaoğlu 8 saat davam edən ifadəsində “Bakırköy 46” layihəsi barədə sualları cavablandırdığını deyib: 

“Mən sadəcə İstanbul Büyükşəhər Bələdiyyəsindən 18 maddının tətbiqinin aradan qaldırılmasını istədim. Bələdiyyədən cavab gəlməyincə Ətraf Mühit və Şəhərsalma Nazirliyinə müraciət etdik. Tək günahımız işimizin arxasınca getmək olub. Əgər bunu etməsəydik, sənədlərimiz bir masadan digərinə 15 gündə gedərdi”. 

Əli Ağaoğlu saxlandığı müddətdə başına gələnlərdən danışaraq tənqidi fikirlər səsləndirib: “Məruz qaldığımız durum çok çirkindir. Qürurumuzu alçaltdılar. İnsanların dərmanlaını belə vermədilər. Özüm üçün qətiyyən qorxmadım. Ancaq övladlarımı düşündüm”.