Əli Əhmədov gənclərə mükafat verdi

eli-ehmedov-genclere-mukafat-verdi
Oxunma sayı: 649

YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov tədbirdə çıxışı zamanı deyib ki, YAP gənclərlə bağlı Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun olaraq, müəyyən layihələr həyata keçirir. Bu layihələr gənclərin ictimai-siyasi həyatda yaxından iştirakını təmin etməyi nəzərdə tutur. Əhmədov deyib ki, bu cür layihələrin həyata keçirilməsi gənclərin YAP-a marağını artırır. O qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd YAP-ın sıralarında olan və bütövlükdə Azərbaycan gəncliyinin potensialını üzə çıxarmaq və 20 illik müstəqillik yolu ilə bağlı onların düşüncəsini ortaya qoymaq olub. Onun sözlərinə görə, bir ay ərzində müsabiqəyə çoxlu sayda yazılar təqdim edilib, bu yazılar "Səs", "Yeni Azərbaycan" və "İki sahil" qəzetlərində dərc olunub.

"Bu müsabiqə öz qarşısında qoyduğu məqsədə nail ola bilib və biz istedadlı gəncləri kəşf edə bilmişik", - Əhmədov vurğulayıb.

Müsabiqənin münsiflər heyətinin sədri, millət vəkili Mübariz Qurbanlı deyib ki, müsabiqəyə 100-ə yaxın yazı təqdim olunub. Yazılardan 63-ü qəzetlərdə dərc olunub.

"Məqalələrdə Azərbaycnın 20 illik müstəqillik tarixinə nəzər salınıb, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti geniş şəkildə təhlil olunub", - Qurbanlı bildirib.

Qurbanlı daha sonra müsabiqənin qaliblərinin adlarını açıqlayıb. O qeyd edib ki, münsiflər heyətinin qərarına əsasən, İsmayıl Muğanlı, Sitarə Cabbarlı, Natavan Səfixanova, Kübra Əliyarlı
Və Samirə Quliyeva müsabiqənin qalibləri elan ediliblər.

Əli Əhmədov qaliblərə mükafatları təqdim edib.

Daha sonra, o, qalib gənclərin "Yeni Azərbaycan, "Səs" və "İki sahil" qəzetləri ilə gələcəkdə də əməkdaşlıqlarını davam etdirəcəklərinə ümid etdiyini deyib.

"Biz həmin gənclərin qəzetlərlə əməkdaşlığını təmin etməyə hazırıq", - Əhmədov əlavə edib.